Dünya
Ərdoğan İŞİD-ə və İsrailə sərt ismarış göndərdi-VİDEO
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Yaşılay
Cəmiyyətinin təşkil etdiyi iftar məclisində iştirak edib.
AzNews.az-ın məlumatına görə, iftar yeməyindən sonra çıxış edən baş
nazir İsrailə və “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu
təşkilatına çağırış edib.
Ərdoğan çıxışında Fələstinə görə, İsrailə birmənalı şəkildə ismarış
göndərib: “Ey İsrail, əgər Türkiyə ilə münasibətlərin
normallaşmasını istəyirsənsə, Fələstində - Qəzzada hərbi
əməliyyatları dayandırmalısan”.
Baş nazir İŞİD tərəfindən girovluqda saxlanılan Türkiyə
diplomatları ilə bağlı məsələyə də toxunaraq, terrorçu qruplaşmaya
səslənib: “İraqdakı qardaşlarımızın sağ-salamat dönməsi üçün
əlimizdən gələni edirik. Ancaq səbrimiz son həddinə gəldi. Sənə bir
zərəri olmayanlara bunu edə bilməzsən. Hazırda o qardaşlarımız çox
çətin şərtlərdə yaşayırlar. İŞİD-ə səslənirəm. Konsullarımızın
buraxmalarını istəyirik. Bunu xüsusilə xatırladıram”.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ