Dünya
Rəqibindən Ərdoğana şok ittiham
Türkiyə prezidentliyinə namizəd Ekmələddin İhsanoğlu
rəqibi, baş nazir Rəcəb Tayyib Ərdoğanı sərt tənqid
edib.
ANS PRESS-in məlumatına görə, İhsanoğlu Ərdoğanın İsrailin Qəzza
zolağında apardığı hərbi əməliyyatlarını tənqid etməsini səmimi
saymayıb:
"Hakim Ədalət və İnkişaf Partiyası Avropa İqtisadi Əməkdaşlıq
Təşkilatının İsrailə qoyduğu vetonun aradan qaldırılmasına imza
atıb. İsrailin üzv olması üçün Türkiyə hökümətinin vetosunun
qaldırması lazım idi. Siz İsrailə qarşı indi bir şey deyirsiniz.
Lakin mediada AKP-nin ümumi başqanı Numan Kurtulmuşun bir neçə il
əvvəl İsraillə münasibətləri haqqında dedikləri mediada yer alıb.
O, özü İsrailin Avropa İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasına
görə, Türkiyə hökumətini tənqid etmişdi. Eyni vəziyyət İsraillə
bağlı Beynəlxalq Atom Enerjisi Agentliyində də yaşandı, Türkiyə
yenə İsrailin lehinə imza atdı".
Prezidentliyə namizəd rəqib düşərgənin onun barəsində "İsraili niyə
tənqid etmir?" sualına belə cavab verib:
"Mənə deyirlər ki, İsraili günahlandırmıram. Mən doqquz il İsraili
günahlandırmış adamam. İsrailin ilk dəfə Qəzzaya etdiyi hücumu
BMT-nin hesabatına salan mən olmuşam".
-
Magazin221:12
Məşhur türk müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək