Dünya
Avropada İsrail bayrağı endirildi (FOTO)
İrlandiyada təşkil edilən yelkənli qayıqlararası
çempionatda İsrailin dövlət bayrağı endirilib.
ANS PRESS-in məlumatına görə, İrlandiyalı bələdiyyə məclisi üzvü və
siyasətçi Hyu Luyis ölkədə təşkil edilən yelkənli qayıqlararası
çempionatda qalmaqallı addım atıb. Belə ki, İrlandiyanın şərqindəki
Dan Liri limanında təşkil edilən 16 yaşlılardan ibarət Avropa
yelkənli qayıqlararası çempionatda iştirak edən 44 ölkənin
bayrağının asıldığı meydana nərdivan gətirən Luyis, İsrail
bayrağını dirəkdən endirdib. Bu barədə İrlandiyanın "Irish
Independent" qəzeti məlumat yayıb.
Luyis hadisədən əvvəl bayrağın endirilməsini tələb etsə də, ona
məhəl qoyan olmayıb. Nəhayət, özü bunu etməyi qərara alıb. Sosial
şəbəkədə hadisənin fotoşəkilin paylaşan Luyis bu sözləri qeyd
edib:
"Sadəcə bu gün Qəzzada 14 nəfər ölüb. Fələstin üçün ədalət tələb
edin".
Qeyd edək ki, iki həftədir davam edən İsrail-Fələstin
qarşıdurmasında hər iki tərəfdən itkilər verilib.
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi