Dünya
Dünyanın ən varlı adamı kimdir?
“Forbes” jurnalının cari ilin martında dünyanın ən varlı
insanları reytinqində ikinci yerə layiq gördüyü Meksika milyarderi
Karlos Slim var-dövlətinin həcminə görə reytinqin lideri –
“Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsi geridə qoyub. Bu
barədə “Forbes”un məlumatında deyilir.
Bu, K.Slimə məxsus “America Movil” telekommunikasiya holdinqinin
səhmlərinin iyulun 15-də ABŞ və Meksika bazarlarında dəyərinin
kəskin artması sayəsində baş verib. Günün yekunları üzrə “America
Movil”in qiymətləndirmə dəyəri 1 faiz – 805,6 milyon dollaradək
artıb. Nəticədə meksikalı maqnatın var-dövləti 79,6 milyard
dollaradək yüksəlib. Bununla da K.Slimin var-dövləti “Forbes”in
qiymətləndirməsinə əsasən, iyulun 15-nə B.Qeytsin 79,1 milyard
dollar təşkil edən var-dövlətini üstələyib.
Hazırda “America Movil” Meksikada mobil telefonlar bazarının 70
faizinə, stasionar telefonlar bazarının 80 faizinə
sahibdir.
K.Slim gələcəkdə də Avropa və Cənubi Amerika bazarlarında öz
iştirakını genişləndirməyi planlaşdırır.
Qeyd edək ki, meksikalı maqnat “Forbes”in versiyasına görə,
B.Qeytsi ilk dəfə dünyanın ən varlı insanları reytinqində birinci
yerdən 2010-cu ildə sıxışdırıb və 2014-cü ilədək birinciliyini
qoruya bilib.
“Forbes”in illik milyarderlər reytinqini dərc etdiyi 2014-cü ilin
martında B.Qeyts 76 milyard dollarlıq var-dövlətlə yenidən lider
olub. O vaxt ikinci yeri tutan K.Slimin var-dövlətinin dəyəri 72
milyard dollar qiymətləndirilib. (ictnews)
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi