Dünya
Tiflis ABŞ-ın Saaakşvili üçün etdiyi xahişi yerinə yetirəcək
Gürcüstan baş prokurorluğu keçmiş prezident Mixail Saakaşvili barəsində ehtiyat tədbirlərinin seçilməsi xahişi ilə məhkəməyə müraciət edib.
Publika.az-ın gürcü mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan İctimai Televiziyası bildirib.
Gürcüstan baş prokurorluğu xidməti səlahiyyətlərini aşdığına görə 29 iyulda keçmiş prezidentə qarşı qiyabi ittiham irəli sürmüşdü. M.Saakaşvili barəsində ehtiyat tədbirlərinin seçilməsi ilə bağlı baş prokurorluğun xahişinə isə Tiflis şəhər məhkəməsi gələn həftə baxacaq.
ABŞ Dövlət Administrasiyası isə Gürcüstana M.Saakaşvili üçün məhkəmə sistemindən istifadə etməməyi təklif edib.
Xatırladaq ki, 2 il əvvəl M.Saakaşvilinin partiyasının məğlubiyyətindən sonra sabiq baş nazir də daxil olmaqla, onlarla sabiq hökumət işçisi səlahiyyətdən sui-istifadə və rüşvətxorluqda ittiham olunaraq həbs edilib. Saakaşvili də səlahiyyət həddini aşmaqda ittiham olunur. O, həmçinin 2007-ci ilin noyabrında paytaxt Tiflisdə aksiyanı yatırtmaq üçün zor tətbiq etməkdə və televiziya stansiyasına hücum çəkməkdə ittiham olunur. Artıq 4 ay ərzində 2-ci dəfə çağrılan sabiq prezident prokurorluğa gəlməyib.
"Mən, əlbəttə ki, bu gülünc tamaşada iştirak etməyəcəyəm", -
Saakaşvili "facebook" səhifəsində yazıb. O bildirir ki, sabiq
rəsmilərin Gürcüstanın hakim "Gürcü arzusu" koalisiyasının intiqam
obyektinə çevrilməsi Gürcüstanın Qərblə münasibətini korlaya bilər.
ABŞ-ın müttəfiqi olan Saakaşvili bildirib ki, onun əleyhinə
qaldırılan ittihamlar Rusiyanı razı salmaq məqsədi daşıyır.
Saakaşvilinin tərəfdarları da sabiq liderlərin həbsinin siyasi məqsəd daşıdığını bildiriblər. “Bu prosesin məqsədi Vahid Milli Hərəkatı məhv etməkdir. Bu isə ölkəmizin imicinə xələl gətirir", - müxalifətçi deputat Georgi Qabaşvili bildirib.
Qeyd edək ki, Saakaşvili 2004-cü ilin yanvar ayından 17 noyabr 2013-cü ilə qədər prezident postunu tutub. O, ötən ilin noyabrından xaricdə yaşayır. Son 6 ayda Saakaşvili əsasən Ukraynada yaşayıb.
Ömər Dağlı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ