Dünya
Maduro: ABŞ-la yeni səhifə açmağa hazırıq
Venesuela lideri Nikolas Maduro ABŞ Prezidenti Co Bayden administrasiyası ilə yeni səhifə açmağa hazır olduqlarını dilə gətirib.
Publika.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hökuməti ilə öz hökuməti arasında illərdir davam edən gərginlikdən sonra Maduro iki xalqın qarşılıqlı hörmət, dialoq, ünsiyyət və anlaşmaya əsaslanan yeni yol çəkməsini arzuladığını bildirib.
Eyni zamanda N.Maduro hökumətin blokadanı aradan qaldırmağa, iqtisadi dirçəlişə nail olmağa və böyük milli dialoq qurmağa diqqət yetirməli olduğunu vurğulayıb.
Qeyd edək ki, 2020-ci ilin noyabrında Venesuela Prezidenti Baydenin seçkilərdə qalib gəlməsindən sonra ABŞ hökuməti ilə dialoqa hazır olduğunu bildirmişdi. Bunun ardınca mətbuatda Baydenin də Venesuela ilə danışıqları davam etdirməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.
Akqabay
-
ABŞ11:06
Ağ Evdə gizli görüş: İran vurulacaq?
-
Magazin110:29
Azər Baxşəliyevin son durumu necədir?
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO