MDB
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
Rusiyaya məxsus 3 ədəd "MiQ-31" qırıcısı Estoniyanın hava məkanını pozub.
Publika.az xəbər verir ki, Estoniya mediasının yaydığı məlumata görə, Rusiya təyyarələri icazəsiz olaraq Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub. Təyyarələr orada təxminən 12 dəqiqə qalıb.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna xatırladıb ki, bu il Rusiya artıq dörd dəfə Estoniyanın hava məkanını pozub.
"Lakin bu gün üç qırıcı ilə edilən müdaxilə son dərəcə həyasızcasına edilmiş hərəkətdir", - nazir vurğulayıb.
Məsələ ilə bağlı olaraq Rusiya Federasiyasının müvəqqəti işlər vəkili artıq Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etiraz notası təqdim ediləcək.
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi



































.jpg)


