Dünya
Ebola virusunda ölənlərin sayı 887 nəfərə çatdı
Afrikanın qərbində ölümcül Ebola virusu qurbanlarının
sayı 887 nəfərə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatına
istinadən Röyters agentliyi xəbər yayıb.
Buna qədər son hesabatda Syera Leon, Liberiya, Qvineya və
Nigeriyada Ebola qızdırmasından 729 nəfərin öldüyü bildirilirdi.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, fevral ayından
bəri 1603 yoluxma halı qeydə alınıb.
Təşkilatın baş direktoru Marqaret Çen hava –damcı yolu ilə ötürülən
son dərəcə təhlükəli virusun faciəvi fəsadlara yola aça biləcəyini
car çəkib. Onun sözlərinə görə, sabah yəni avqustun 6-da təşkilatın
fövqəladə iclası keçiriləcək. İclasda, üzv dövlətlər itkisi bir
minə yaxınlaşan xəstəliyin nə dərəcədə qlobal təhlükə yaratdığını
müəyyən etməyə çalışacaq.
Preventiv tədbirlər çərçivəsində Nigeriya aeroportlarında tibbi
yoxlanış baxımından təhlükəsizlik tədbirləri gücləndirlib.
Liberiyadan gələn turistdə Ebola virusu aşkarlandıqdan sonra,
Laqosun Beynəlxalq Aeroportunda sərnişinlər hərarət skanerindən
keçirilir.
Bu arada Liberiyada mediklər xüsusi qoruyucu kostyumlarda, Ebola
virusundan ölmüş qadının cəsədini təxliyyə edib. Səhiyyə işçiləri
meyiti plastik bağlamaya yerləşdirdikdən sonra evi dizinfeksiya
edib. Ebola qızdırması müalicəsi olmayan qanla, hava damcı yolu ilə
həmçinin yoluxmuş insanın əşyalarından keçə bilən olduqca təhlükəli
virusdur.
Associated Press
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ