Misirdə dəhşətli qatar qəzası - 32 NƏFƏR ÖLDÜ
Bizi izləyin

Dünya

Misirdə dəhşətli qatar qəzası - 32 NƏFƏR ÖLDÜ

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, azı 66 nəfər yaralanıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, hadisə paytaxt Qahirədən cənubda Sohaq əyalətində baş verib. Hadisə yerinə 36 təcili yardım maşını cəlb edilib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm