Kabildə iftar QANA BOYANDI: 55 ölü, 150 yaralı - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Kabildə iftar QANA BOYANDI: 55 ölü, 150 yaralı - (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi, Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 55 nəfər ölüb, daha 150 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters"ə təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Əfqanıstanın Səhiyyə Nazirliyi hələlik 30 nəfərin öldüyünü rəsmən təsdiqləyib. Öldürülənlərin və xəsarət alanların əksəriyyəri şagirdlərdir.

Əfqanıstan prezidenti Əşrəf Qani hadisəni terror aktı adlandırıb və partlayışlara görə “Taliban” hərəkatını ittiham edib. Lakin 1TV telekanalı “talibançı”ların da hadisəni pislədiyini xəbər verib.

Partlayışlara görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

xxx

23:49 - 08.05.2021

Əfqanıstanda iftar vaxtı güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, hadisə paytaxt Kabildəki məktəbin yaxınlığında qeydə alınıb.

Ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, partlayış nəticəsində 30 nəfər həyatını itirib, 52 nəfər ağır yaralanıb. Nazirlik ölənlərin arasında şagirdlərin olduğunu vurğulayıb. Qurbanların sayının artacağı ehtimal edilir.

Səbəbi bilinməyən hadisə ilə bağlı məsuliyyəti Taliban da daxil olmaqla heç bir qruplaşma öz üzərinə götürməyib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm