Dünya
Putin Sevastopola gəlib
Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya
Federasiyasının təhlükəsizlik şurasının üzvləriylə operativ
müşavirə keçirəcəyi Sevastopola gəlib.
Publika.az-ın məlumatına görə, dövlət başçısının təyyarəsi Belbek
aerodromunda yerə enib. Müşavirə Qara dəniz flotunun qərargahında
keçəcək.
Sevastopol Putinin yarımadaya ikigünlük səfərinin birinci məntəqəsi
olub. 14 avqustda o, Yaltada "Mriya" sanatoriya-kurort kompleksində
Dövlət dumasının deputatlarıyla görüşəcək.
"Ölkə həyatının aktual sualları və məsələləri üzrə parlament
üzvləriylə açıq danışıq gözlənilir", - deyə Kremlin mətbuat xidməti
qeyd edib.
Bu görüşdə Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev,
"Vahid Rusiya" sədri, Dövlət dumasının spikeri Sergey Narışkin,
bütün duma fraksiyalarının rəhbərləri və nazirlər iştirak
edəcəklər.
Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, dövlət
başçısıyla görüşdə ölkənin siyasi aktivi toplaşacaq , Putin böyük
nitqlə onlara müraciət edəcək. Deputatlar prezidentə öz suallarını
verə biləcəklər.
Sonra Putin Yaltada Çexovun ev-muzeyinə baxacaq və Rusiyanın mədəni
sahəsinə Krım Respublikasının inteqrasiyası məsələlərini müzakirə
etmək üçün mədəniyyət xadimləriylə görüş keçirəcək.
Bu, artıq Rusiya ilə Krımın birləşməsindən sonra prezidentin ora
ikinci səfəridir. 9 mayda Putin Sevastopolda dəniz və hava paradını
müşahidə edib.
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...