Dünya
Türkiyə şokda: ABŞ PKK-ya “M82” snayperləri verir
Şimali İraq kürd rəhbərliyinin silahlı qüvvələri olan peşmərgə “İraq Şam İslam Dövləti” (İŞİD) ilə mübarizə aparmaq üçün ABŞ və Avropa ölkələrindən ağır silahlar alacaq. Snayperlərin isə terror təşkilatı PKK-ya verilməsi gündəmdədir.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Peşmərgə Nazirliyinin sözçüsü Halgord Hikmət ABŞ-ın indiyə kimi yüngül silah verdiyini, İŞİD-i məğlub etmək üçün isə ağır silahlara da ehtiyac olduğunu söyləyib.
Nazirlik sözçüsü ABŞ və Avropa ölkələrindən ağır silahlar almaq üçün müqavilə bağlanılacağını deyib. Bu gün ABŞ və İngiltərədən sonra Fransa ilə Almaniya da peşmərgə güclərinə silah yardımı edəcəklərini açıqlayıb.
Türkiyənin “Vatan” qəzeti isə bu gün maraqlı bir iddia ilə çıxış edib. İddiaya görə, ABŞ-ın peşmərgələrə verdiyi “M82” snayperlərin PKK terror təşkilatına verilməsi də gündəmdədir.
“M82” snayperlərin güllələri 1800-2 min metr uçuş məsafəsinə malikdir. Silah yüngül zirehli texnikanı deşə biləcək gücdə hazırlanıb. “M82” snayperlərindən Türkiyə ordusunda da istifadə edilir. Silahların terror təşkilatı PKK-nın əlinə keçməsi isə Türkiyə üçün təhlükəsizlik baxımından böyük təhlükə kimi qiymətləndirilir.
Ömər Dağlı
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi