Dünya
İŞİD-ə qarşı üç tərəfdən hücum başladı
ABŞ hərbi təyyarələri Mosul anbarını geri almaq üçün “İraq Şam
İslam Dövləti”nə (İŞİD) qarşı əməliyyata başlayıb.
Publika.az-ın xarici mətbuta istinadən verdiyi məlumata görə,
peşmərgə və İraq ordusu hava əməliyyatlarına qurudan dəstək
verir.
Səhər saatlarından başlayan əməliyyat barədə informasiya ilk olaraq kürd xəbər saytlarında, daha sonra isə CNN tərəfindən təsdiqlənib. Ondan əvvəl isə ABŞ pilotsuz təyyarələrinin İŞİD-in Sincar dağının cənubunda yerləşən mövqelərini vurduğu açıqlanmışdı.
"İraq Şam İslam Dövləti" (İŞİD) artıq xeyli vaxtdır ki, İraqın strateji obyektlərindən olan su hövzəsi və su elektrik stansiyasına nəzarət edir.
Qeyd edək ki, Mosulda Dəclə çayı və onun üzərində qurulan SES Şimali İraqın böyük hissəsinin su və elektrikə olan təlabatını ödəyir.
Rəsmi məlumata görə, İŞİD-in əlində olan SES 1010 MQB elektrik hasil edir. Su anbarı İraqın təxminən 40-45 faizinin içməli su və əkinçilik üçün ehtiyaclarını təmin edir.
1980-ci ildə qurulan su anbarı nə qədər əhəmiyyətli olsa da, bir o qədər təhlükə mənbəyi kimi narahatlıq doğurub. ABŞ İraqı işğal edəndən sonra Mosul Su Anbarının təmiri üçün 30 milyon dollar ayırıb. Amerikalı hərbçilər bildirirlər ki, anbarın özülü getdikə çürüyür. Fundamenti zəif olduğu üçün burada hər an xoşagəlməz hadisə baş verə bilər.
Anbar partlayarsa, Mosul başda olmaqla Bağdada qədər Dəclə boyu ərazilər su altında qala bilər.
Ömər Dağlı
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO