Dünya
Prokurorluq Saakaşvilini biabır etdi
Gürcüstan Baş Prokurorluğu Mixail Saakaşvilinin botoks və epilyasiya üçün dövlət büdcəsindən 450 min dollar xərclədiyini bildirib.
Prokurorluqdan bildirilib ki, M. Saakaşvili təkcə özü gözəllik salonlarında 400 min lari (220 min dollar) xərcləyib. Bu vəsait əsasən Avropa ölkələrindəki klinikalardan birində botoks və epilyasiya inyeksiyası üçün ödənilib.
Baş Prokurorluq M. Saakaşvilinin müxtəlif şəxsi ehtiyacları üçün dövlət büdcəsindən 8 milyon lari (5 milyon dollar) xərclədiyi barədə avqustun 13-də yaydığı məlumatla bağlı sübutları təqdim etməyə hazır olduğunu da açıqlayıb. Dövlət Xüsusi Mühafizə Xidməti həmin vəsaiti dövlət başçısı üçün aşpaz və masajçı xidmətləri, mehmanxana, İtaliyada yaxta icarəsi üçün xərcləyib.
Qeyd edək ki, M. Saakaşivili 5 milyon dollar vəsaitlə bağlı ona
ünvanlanan ittihama cavab verib. O deyib ki, həmin vəsait Dövlət
Xüsusi Mühafizə Xidmətinin büdcəsindən ölkənin populyarlaşdırılması
və investisiya cəlb edilməsi üçün xərclənib.
Xatırladaq ki, M. Saakaşviliyə qarşı eyni vaxtda bir neçə cinayət
işi açılıb.
O, əsasən səlahiyyət həddini aşaraq 2007-ci il noyabrın 7-də
Tbilisidə aksiyanın dağıdılmasında, vəfat etmiş oliqarx Badri
Patarkatsişvilinin əmlakını mənimsəməkdə ittiham olunur. Baş
Prokurorluq 2005-ci ildə deputat Valeriya Gelaşvilinin döyülməsinin
də M. Saakaşvili tərəfindən təşkil olunduğunu iddia edir.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ