Dünya
Baş nazirə 48 saat möhlәt verildi
Pakistan Ədalət Hərəkatı Partiyasının lideri
İmran Xan, "Baş nazir Navaz Şərif 48 saat әrzindә istefa etməsə,
müxalifətçi gənclərin baş nazirlik binasına irəliləmәlәrinin
qarşısını ala bilmiyәcәyik " deyib.
Publika.az-ın "TRT Haber"ə istinadən məlumatına
görə, Pakistan Ədalət Hərəkatı Partiyası və Pakistan Xalq Hərəkatı
Partiyasının avqustun 4-də hökumət əleyhinə başlayan etiraz
aksiyaları davam edir. Şəhərin Aabpara bölgəsində tәşkil edilәn
aksiyalarda "Get Navaz get" şüarları sәslәndirilib. Havadarlarına
''Sizin hәyәcanınızı, cəsarət və vətənpәrvәrliyinizi müşahidә
edirәm. Əgər bir az daha gözlәyәrsәniz yeni Pakistanı quracağıq''
deyə səslənən Pakistan Ədalət Hərəkatı Partiyasının lideri İmran
Xan, xalqa çağırış edib ki vergi ödәmәsinlәr.
''Navaz Şərif hökümәt başçısı olduğu müddətcə
irәli addım atmağımız qeyri-mümkündür. Çünki bu hökumət borc alaraq
öz ciblərini doldurur” deyә İmran Xan bildirib.
Daxili İşlər naziri Nisar Əli Xan isə təşkil
etdiyi mətbuat konfransında, müxalifətlə danışıqlara hazır
olduqlarını, İmran Xan və Tahir-ul Qədri ilə ayrı-ayrılıqda
görüşəcək iki komitə yaradılacağını qeyd edib.
-
Rəsmi xronika14:17
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi
-
Dünya13:04
NATO-nun 10 ən güclü ordusu hansılardır? - Yeni araşdırma Türkiyəni...
-
Sosial12:30
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
-
Sosial12:06
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi
-
İqtisadi gündəm11:30
Azərbaycanda problemli kreditləri azaldan səbəb: Görün banklar nə edirlər
-
Art11:00
Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi
-
Dünya10:20
Qərb Ukraynadan tezliklə imtina edəcək - İDDİA
-
Elm və təhsil09:34
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ