Dünya
Terrorçular şəhəri ələ keçirdi
Radikal terrorist qruplaşma olan “Boko-Haram” cümə
axşamı Nigeriyanın şimal-şərqində yerləşən İoba ştatının Buni Yadi
şəhərini ələ keçiriblər.
ANS PRESS-in məlumatına görə, “Boko-Haram” tərəfindən Buni Yadi
şəhərinin tutulmasını ştat administrasiyası təsdiq edib. “Şəhərdə
əsgər qalmayıb, küçələrdə yaraqlılar gəzişir”- deyə qubernator Yobe
İbrahim Qeydamın rəsmi nümayəndəsi bildirib.
Bundan əlavə, şahidlərin sözlərinə görə ələ keçirilmiş şəhərdə
radikallar yol patrulları təyin edib və qanunları pozanları edam
edirlər. Dinc əhalinin Buni Yadidən Damaturu şəhərinə qaçmaları
haqqında xəbərlər də yayılmaqdadır.
BMT-dən verilən məlumata görə, “Boko-Haram” keçən bir neçə həftə
ərzində Borno ştatının Damboa və Quoza şəhərlərini ələ keçirib.
Ekstremistlər Nigeriyanın şimal-şərqində olan yol və körpüləri
dağıtdığından, regiona əlavə hərbi qüvvələrin göndərilməsində
çətinlik yaranır.
Ekspertlər bildirir ki, “Boko-Haram” taktiki dəyişikliklərə yol
verib. Əgər əvvəl onlar partizansayağı haranın partladılması və ya
terror aktlarının həyata keçirilməsi ilə məşğul idilərsə, indi
qruplaşma şəhərləri tutmağa çalışırlar. Onların məqsədi özlərinin
dövlətini yaratmaqdır.
Taktikanın dəyişdirilməsinə səbəb “İŞİD” qruplaşmasının İraqda
şəhərləri tutub dövlət yaratması səbəb kimi göstərilə bilər.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ