Rusiya-ABŞ danışıqları nəticəsiz qaldı
Bizi izləyin

Dünya

Rusiya-ABŞ danışıqları nəticəsiz qaldı

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, NATO və Amerika ilə danışıqlardan sonra konkret nəticə yoxdur.

Publika.az xəbər verir ki, diplomat bu barədə sosial media hesabında bildirib.

Antonov qeyd edib ki, danışıqların əsas mövzusu Moskvanın təklif etdiyi saziş layihələri əsasında təhlükəsizlik təminatlarının hazırlanması yolu ilə Avropada sülhün və sabitliyin qorunması olub. O, Ukraynadakı vəziyyətin Cenevrədə Rusiya-Amerika danışıqlarının gündəmində olmadığına, Brüsseldə NATO ilə məsləhətləşmələrdə yalnız ikinci dərəcəli mövzu kimi qeyd edildiyinə aydınlıq gətirib.

Antonov həmçinin bildirib ki, NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biridir. O əlavə edib ki, alyansın irəliləyişi ilə əlaqədar Moskva, Sankt-Peterburq və ölkənin Avropa hissəsinin digər şəhərlərinə aviasiya və raket silahlarının uçuş məsafəsi də azalır. “Vaşinqton, Nyu-York və ya Los-Anceles “silahın altında” olsaydı, ABŞ hökuməti necə reaksiya verərdi?” - deyə Antonov vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm