Dünya
Seçkidən sonra Obamalar boşanacaq - Şok iddia - FOTOLAR
Publika.Az xarici mediaya istinadən xəbər verir ki, 21 ildir ailə
qurmuş Obama cütlüyünün uzun müddətdir küsül olduğu, Mişel Obamanın
prezidentlik dövrünün bitməsinin ardından boşanma
iddiası açacağı iddia edilir.
ABŞ preizdenti Barak Obamanın ötən il 10 dekabrda Nelson Mandelanı anma mərasimi zamanı Danimarka baş naziri Helle Thorning- Şmidt ilə çəkdirdiyi fotoşəkilin ardından Obama cütlüyü arasında yaşanan gərginliyin böyüdüyü söylənilir. "National Enquirer"in "Obama boşanması bomba kimi düşdü" başlıqlı xəbərinə görə yaydan bəri arası soyuq olan cütlük bir müddətdir ayrı otaqlarda yatır. Fotoşəkil hadisəsinin "son damla" olduğunu düşünən Mişeilin hər şeyə baxmayaraq 2017-ci il yanvarda prezidentlik dövrü sona çatana qədər ərinin yanında olacağı və daha sonra ayrılacağı deyilir. Son fotoşəkillərdə Mişelin bədən dili, ərinə uzaq məsafəsini açıqca göstərir. 18dekabrda Ağ Evdəki Oval Ofisdə çəkilən bir fotoşəkildə yoldaşına "bir an əvvəl susmasını istəyən bir ifadəylə" baxdığı, 21dekabrda basketbol matçında çəkilən kadrda açıqca qaşqabağını tökdüyü və əriylə heç maraqlanmadığı gözdən qaçmır. 16 Yanvarda çəkilən bir başqa kadrda isə universitet tələbələrinə xitab olaraq etdiyi nitqindən sonra Barak Obamanın yoldaşına sarılıb dodağından öpməyə çalışdığı, ancaq Mişeilin yanağını yana çevirdiyi diqqət çəkir. Vaşinqtondan gələn dedi-qoduların real olub olmadığı bir yana, bir müddətdir vegetarien qidalanmağı üstün tutan və 4.5 kilo arəqlayan Mişelin özünə inamının yüksək olduğu ifadə edilir. Prezidentlik dövrünün sonunda Obamanın doğulduğu Havaya gedəcəyi, yoldaşının isə Vaşinqtonda iki qızıyla birlikdə qalacağı iddia edilir.
İsmayıl
-
Sosial23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ