Bayden Kremlin "işğal planını" buna görə uydurub
Bizi izləyin

Dünya

Bayden Kremlin "işğal planını" buna görə uydurub

Bayden qalib kimi çıxmalı olduğu yeni Karib böhranı ilə oynayır. Əfqanıstandakı dəhşətli uğursuzluqdan sonra Baydenin xarici siyasətdə zəif kartları var. Respublikaçılar isə onu bu kartlarla vururlar. Payızda ABŞ-da Konqresə aralıq seçki keçiriləcək və bütün reytinqlərə görə, bu seçkidə respublikaçılar qalib gələcək. Demokratların Konqresin hər iki palatasına nəzarəti itirəcəyi gözlənilir. Onda Bayden çox çətin anlar yaşayacaq. Buna görə də Amerika prezidentinin həqiqətən də aralıq seçkisi zamanı uğurlu, inandırıcı arqumentlərə ehtiyacı var.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Ekonomist" yazıb.

"Buna görə də əfsanəvi "Quyruq iti yelləyir" filminin ruhuna uyğun olaraq, Bayden Rusiya işğalı haqqında məlumat yaymağa başladı. Amerika kəşfiyyat orqanlarının bir-birinin ardınca Ukrayna problemi barədə xəbər "sızdırdı"", - deyə məqalədə qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm