Xarkov və Dneprin hava limanı müvəqqəti bağlandı
Bizi izləyin

Dünya

Xarkov və Dneprin hava limanı müvəqqəti bağlandı

Ukraynanın Xarkov və Dnepr şəhərlərində beynəlxalq hava limanları müvəqqəti bağlanıb.

Publika.azxəbər verir ki, bu barədə “Avianews” məlumat yayıb.

Qeyd olunub ki, fevralın 23-də axşam saatlarında Xarkov hava limanı müvəqqəti olaraq bir neçə saatlıq bağlanıb. Dnepr hava limanı üçün də oxşar göstəriş verilib.

Belə ki, Xarkov hava limanının uçuş-enmə zolağı fevralın 23-ü Bakı vaxtı ilə saat 22:35-dən fevralın 24-ü Bakı vaxtı ilə 10:35-dək uçuşları qəbul etmir. Dnepr hava limanı fevralın 24-ü Bakı vaxtı ilə saat 02.00-dan Bakı vaxtı ilə 09.00-a qədər bağlı olacaq.

Hava limanlarının bağlanmasının səbəbləri barədə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm