Dünya
Ərdoğanın gedişinə nazirlər ağladı
Türkiyədə nazirlər kabinetinin son toplantısı duyğulu
anlarla yadda qalıb.
Publika.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, Türkiyənin
yeni prezidenti adını qazanan Rəcəb Tayyib Ərdoğanın baş nazir
olaraq iştirak etdiyi son hökumət toplantısı baş nazirliyin mərkəzi
binasında keçirilib.
Toplantıda R.T.Ərdoğanın hökumət nümayəndələrinə xitabən etdiyi
təşəkkür çıxışından sonra, kabinet üzvləri bir-bir keçmiş baş
nazirə ürək sözlərini dilə gətiriblər.
Ən təsirli məqam isə baş nazir köməkçisi, eyni zamanda iqtisadiyyat
naziri olan Əli Babacanın çıxışı zamanı olub. Ona söz verilərkən
salona bir anda səssizlik çöküb. Bu sükut Babacanı gözyaşlarına
boğub və o, “sizinlə işləmək böyük bir şərəf idi” deyə hisslərini
bildirib.
Ərdoğanın təşəkküründən sonra salondakı səssizlik aradan qalxıb.
Yeni baş nazir olaraq Əhməd Davudoğlu rəhbərliyindəki 62-ci
hökumətdə yenə İqtisadiyyat naziri vəzifəsini davam etdirən Əli
Babacanın duyğu dolu anları digər nazirləri də kövrəldib.
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO