Dünya
Rusiya Milli Qvardiyasının döyüşçüləri Ukraynaya getməkdən imtina etdi
Rusiya Milli Qvardiyasının OMON “Plastun” əməliyyat bölüyünün tağım komandiri, polis kapitanı Farid Çitav 11 döyüşçüsü ilə birlikdə Ukrayna sərhədini keçməkdən imtina edib.
Publika.az">Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Meduza” nəşri döyüşçülərin vəkillərinə istinadən yazır. Onlar imtinanı sərəncamın qanunsuzluğu ilə izah ediblər.
“Onların heç birinin xarici pasportu və ya Rusiya ərazisini tərk etmək niyyəti olmayıb, birbaşa rəsmi vəzifələri isə Rusiya Federasiyasının ərazisi ilə məhdudlaşıb. Xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Ukrayna ərazisinə ezamiyyətlər, bu əməliyyatın vəzifələri və şərtləri barədə iddiaçıların heç biri xəbərdar edilməyib və nəticədə buna razılıq verilməyib”, - nəşr yazır.
Bundan sonra Rusiya Qvardiyasının döyüşçüləri rəsmi yoxlamadan keçirilib və onun nəticələrinə əsasən onlar xidmətdən qovulublar. Milli qvardiyaçılar işdən çıxarılmalarını qanunsuz hesab edir və onların iş yerinə bərpa tələbi ilə məhkəməyə müraciət ediblər.
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO