Dünya
"Rus hakimiyyəti qorxaqdır"
Xodorkovski rusları Putinə qarşı küçələrə çıxmağa
çağırıb.
Publika.az-ın məlumatına görə, rusiyalı biznesmen, keçmiş siyasi
məhbus Mixail Xodorkovski həmvətənlərini Kremlin Ukraynaya qarşı
elan olunmamış müharibə aparmasına etiraz etmək üçün küçələrə
çıxmağa çağırıb.
Xodorkovski öz saytında yerləşdirdiyi çağırışda yazır: "Biz
əməlli-başlı Ukrayna ilə müharibə aparırıq. Ora əsgər və texnika
göndəririk. Ukraynalılar yaxşı döyüşür, amma geri çəkilir.
Qüvvələr, əlbəttə ki, bərabər deyil.
Belə şəraitdə bizim hakimiyyət aramsız olaraq yalan danışır. 80-ci
illərdə Əfqanıstan, 90-cı illərdə Çeçenistan haqqında danışdıqları
kimi, indi də Ukrayna haqqında yalan danışırlar.
Biz isə hər iki tərəfdən dünənki hərbçi yoldaşlarımızı,
dostlarımızı və yaxınlarımızı dəfn edirik. Onlar bir-birlərini ona
görə öldürmürlər ki, belə istəyirlər. Ona görə öldürürlər ki,
qocalmış hakimiyyətə qan lazımdır”.
Xodorkovski hesab edir ki, Rusiya vətəndaşları müharibəni dayandıra
bilərlər: “Sadəcə küçələrə çıxmaq və tətillə hədələmək kifayətdir.
Hakimiyyət dərhal geri çəkiləcək, o qorxaqdır.
Amma yox, biz özümüzü inanmış kimi göstərəcəyik və dəfn
mərasimlərində ağlayacağıq. Mən daha susmaq istəmirəm və
susmayacam!”.
Azadliq.info
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO