Dünya
Aparıcının başını kəsdilər, ölkə ayağa qalxdı
Banqladeşdə bir televiziya əməkdaşı evində boğazı
kəsilərək öldürülüb.
ANS PRESS-in məlumatına görə, Banqladeşdə televiziyaların birində
islam dini ilə bağlı proqram aparan Şeyx Nurulislam Faruqi adlı
şəxs evində boğazı kəsilərək öldürülüb. Ailəsi onun ölümü haqqında
danışarkən bildirib ki, şəxsiyyəti naməlum iki gənc axşam
saatlarında onun evinə gələrək həcc ziyarəti haqqında
danışıblar.
Hadisənin necə baş verməsinə gəldikdə isə, onlar məşhur aparıcının
əllərini və ayaqlarını bağladıqdan sonra boğazını kəsərək
öldürüblər.
“Əhli Sünnə vəl Camaat” qrupunun ən hörmətli nümayəndələrindən
hesab edilən Faruqi, dinin siyasətə qarışdırılmasına qarşı
çıxırdı.
Ölkənin xarici işlər naziri Əsədüzzaman Xan Kamal hadisə yerinə
gedərək, səlahiyyətlilərə cinayətin araşdırılıb üzə çıxarılması
əmrini verib.
Faruqinin öldürülməsi ilə dini qruplar ölkə miqyasında nümayişlər
keçirməyə başlayıblar.
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI