ABŞ “Haubitsa” tədarükünü TƏXİRƏ SALDI
Bizi izləyin

Dünya

ABŞ “Haubitsa” tədarükünü TƏXİRƏ SALDI

ABŞ Ukraynadakı vəziyyətə görə Tayvana “Haubitsa” tədarükünü təxirə salıb.

Publika.az">Publika.az xəbər verir ki,ş bu barədə “South China Morning Post” Tayvan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar hərbi-sənaye kompleksində yüklənmə yarandığı üçün Tayvana silah tədarükünü təxirə salır.

2021-ci ilin avqustunda ABŞ Dövlət Departamenti Tayvana 750 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib. “Paladins” kimi tanınan 40 ədəd M109A6 özüyeriyən “Haubitsa”ların Tayvan tərəfinə 2023-cü ildə çatdırılması gözlənilirdi.

Nəşrin məlumatına görə, Haubitsa”ların çatdırılması 2026-cı ilə qədər təxirə salınacaq.

“İstehsalat xətləri həddən artıq yüklənib”, - deyə nəşr Tayvan Müdafiə Nazirliyindən sitat gətirib.

Bundan əvvəl ABŞ Konqresi Ukrayna və digər Şərqi Avropa ölkələrinə texnika və silahların ötürülməsi üçün sadələşdirilmiş proseduru nəzərdə tutan Kiyev üçün borc-icarə qanununu təsdiqləyib.

Öz növbəsində, Çinin Vaşinqtondakı səfirliyi ötən həftə bildirib ki, ABŞ Tayvanı silahla təchiz etməyi dayandırmalıdır. Çin diplomatlarının sözlərinə görə, Pekin ada ətrafındakı vəziyyətə müdaxilə edəcəyi təqdirdə cavab vermək hüququnu özündə saxlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm