Dünya
“Böyük müharibə” xəbərdarlığı: On minlərlə insan öləcək!
Ukrayna müdafiə naziri Valeri Qeleteydən “böyük müharibə” xəbərdarlığı gəlib.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, nazir “facebook” səhifəsində Rusiyanın böyük müharibəyə başladığını və bunun minlərlə insanın ölümünə səbəb ola biləcəyini yazıb.
Açıqlamanın Ukrayna ordusunun ölkənin şərqindəki Luqansk hava limanından çıxmasından sonra verilməsi diqqət çəkir.
“Böyük bir müharibənin astanasındayıq. Bu, İkinci Dünya müharibəsindən sonra bənzəri görünməyən bir müharibə olacaq. Çox təəssüf ki, bu müharibədə itkilər yüzlərlə, minlərlə deyil, on minlərlə olacaq”, - Ukrayna müdafiə naziri qeyd edir.
Rusiya isə Kiyev və Qərbin iddialarını rədd edərək Ukraynadakı separatçılara heç bir yardım etmədiyini bildirib. “Bu cür açıqlamanın mədəni bir dövlətin müdafiə naziri tərəfindən verilməsinə inanmağım qüruruma toxunur”, - Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Vüsal Tağı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ