Dünya
Ərdoğan Bakı planlarını açıqladı (VİDEO)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni postda işə
sürətli başlayıb. Dünən Şimali Kipr Türk Cümhuriyyətində olan
Ərdoğan az sonra Azərbaycana gəlir.
Daha doğrusu, Ərdoğanı gətirən təyyarə bu dəqiqə Ankaradan,
Əsənboğa Beynəlxalq Hava Limanından havaya qalxdı. Onu da deyim ki,
Ərdoğan Bakıya yeni təyyarəsi “Airobus 330-200” lə gəlir. Təyyarəyə
minməzdən əvvəl o, açıqlama da etdi və Bakıda keçirəcəyi görüşün
planlarını açıqladı.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, səfər
zamanı Azərbaycan prezidenti İlham Əliyevlə iki tərəfli əlaqələri
daha da inkişaf etdirmək, eyni zamanda da Qarabaq məsələsi müzakirə
olunacaq.
Türkiyə prezidenti sentyabrın 4-də Bakıdan birbaşa, Böyük
Britaniyanın Kardiff şəhərində gedəcək. O, burda sentyabrın 4 və
5-də NATO-nun “Şimal Yolu” sammitində iştirak edəcək.
Türkiyə mediasının məlumatına görə, Amerika Birləşmiş Ştatlarının
prezidenti Barak Obamanın da qatılacağı toplantıda Azərbaycan
prezidenti İlham Əliyevin də iştirakı gözlənilir. İki gün davam
edəcək sammitdə üzv ölkələrin prezidentləri, baş nazirləri və
müdafiə nazirləri iştirak edəcək.
Ərdoğanın açıqlamasından belə başa düşülür ki, bu sammitdə Ukrayna
məsələsilə yanaşı, Suriya və İraqda baş verənlər də geniş müzakirə
olunacaq.
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...