Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirir
Bizi izləyin

Dünya

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirir

Kanada hakimiyyəti Rusiya iqtisadiyyatının neft-qaz, kimya və sənaye sahələrinə qarşı yeni sanksiyalar tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə deyilir.

"14 iyul 2022-ci ildə Kanada Rusiyanın neft-qaz, kimya və istehsal sənayelərinə iki istehsal xidmətinin göstərilməsini qadağan etmək üçün xüsusi iqtisadi tədbirlər müddəalarına əlavə düzəlişlər etdi", - məlumatda deyilir.

Qeyd edilib ki, siyahıda bu sektorlardan səkkiz yeni sənaye müəssisəsinin adı var.

Rusiyaya qarşı növbəti məhdudiyyətləri ötən həftə sonu Kanadanın xarici işlər naziri Melani Coli elan edib.

Bundan əvvəl Kanadanın Rusiyadan qızıl və bir sıra malların idxalına qadağa qoyacağı barədə məlumat yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm