Dünya
Fiziki qüsurlu uşaqlar üçün yeni məktəb
Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki
imkanlılar üçün Distant Tədris Mərkəzi yaradılıb.
"Qafqazinfo" xəbər verir ki, distant tədrisə muxtar respublikanın şəhər və rayonlarından 19 nəfər sağlamlıq imkanı məhdud uşaq cəlb edilib. Bu uşaqların təhsili ilə xüsusi hazırlığa malik 4 müəllim məşğul olacaq. Həmin uşaqların ailələrinə notbuk və veb-kameralar verilib, mərkəzdə tədris sinifi yaradılıb.
Sinifdə intellektual-elektron lövhə, kompyuter, videokamera quraşdırılıb. Artıq bir neçə gündür ki, həmin uşaqlarla sınaq təlimlərinə başlanılıb. Yeni dərs ilinin başlanması ilə əlaqədar distant tədrisə cəlb edilən həmin uşaqlar da videobağlantı ilə dərslərdə iştirak edə biləcəklər.
-
Sosial09:36
Ermənistanda əsirlikdə olan azərbaycanlıların NADİR GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
-
MDB09:06
Kliçkonu İrəvana dəvət etdilər
-
ABŞ09:00
80 yaşlı milyarder azyaşlılara təcavüz edib? - ŞOK İTTİHAM
-
ABŞ08:24
"The Washington Post"un ilk qadın baş redaktoru İSTEFA VERDİ
-
Səhiyyə07:30
Xərçəngi aşkarlayan süni intellekt yaradıldı
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO