Dünya
Pakistanda həyat iflic oldu
Pakistanda şiddətli musson yağışlarının törətdiyi daşqınlar 110 nəfərin ölümünə səbəb olub. Ölkə meteoroloqları isə əhaliyə heç də ürəkaçan proqnozlar verməyib. Ehtimallara görə, yağıntı həftə sonunda daha da şiddətlənəcək.
Pakistan televiziyasının xəbərinə görə, təbii fəlakət ən çox ölkənin Pəncab əyalətinə ziyan vurub. Burada daşqınlar nəticəsində 61 sakin həyatını itirib.
Pakistan və Hindistan arasında mübahisəli Kəşmir bölgəsi də daşqınların qurbanına çevrilib. Burada 50-yə yaxın adam həlak olub. Minlərlə insan yaşadığı yerləri tərk edib. Bölgədə hərbçilərin də qatıldığı axtarış-xilasetmə işləri davam edir. Pakistan hökuməti ölü sayının daha da artacağından ehtiyat etdiyini bildirib.
2010-cu ildə Pakistan və Hindistan sərhədində davam edən musson yağışları və daşqınlar 1700 nəfərin ölümünə səbəb olmuşdu. /bizimyol.info/
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO