19 yaşlı İŞİD üzvü ölkəsini ayağa qaldırdı
Bizi izləyin

Dünya

19 yaşlı İŞİD üzvü ölkəsini ayağa qaldırdı

İŞİD üzvü olan 19 yaşlı avstriyalı Firas Houdi ictimai media üzərindən bəzi açıqlamaları ilə diqqətləri özünə cəlb edib.

Axar.az xəbər verir ki, İnterpol tərəfindən axtarılan Tunis əsilli avstriyalı gəncin Vyanada dünyaya gəldiyi və bu ilin may ayından Suriyada İŞİD tərkibində döyüşdüyü iddia edilir.

Verilən məlumatda Houdinin Avstriyadan Suriyaya və İraqa döyüşməyə gedən 130 nəfərdən biri olduğu bildirilir.

Houdi ictimai mediadakı paylaşımında avstriyalı bir İŞİD üzvünün ölümü ilə bağlı münasibət bildirib:

​​"Abdulvahab şəhid oldu. Birlikdə Vyanada və İslam Dövlətindəydik. Allah şəhadətini qəbul etsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm