Dünya
Göygöl Fransa mətbuatında
Son zamanlar Fransa mətbuatında Fransa ilə Azərbaycan
arasında iqtisadi sahədə əməkdaşlığın sürətlə inkişafından, dostluq
əlaqələrinin daha da dərinləşməsindən və genişlənməsindən bəhs edən
məqalələrə tez-tez rast gəlinir. Ölkələrimizin müxtəlif rayonları
arasında dostluq xartiyalarının bağlanmasından söhbət açılan
yazılara mütəmadi yer verilir.
“Yonn Redspublikası” qəzetində dərc olunan “Şabli Göygöl ilə
dostluğu möhkəmləndirir” sərlövhəli məqalə deyilənlərə əyani
sübutdur.
Məqalədə Fransanın Şabli və Azərbaycanın Göygöl regionları arasında
dostluq xartiyasının bağlanmasına dair sənədin imzalanmasının Yonn
əyaləti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini
gücləndirdiyi xüsusi diqqətə çatdırılıb.
Müəllif, xanım Miryəm Lebre Şablinin meri Patrik Jandro və Göygöl
Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun imzaladıqları
dostluq və əməkdaşlıq haqqında xartiyanı üzümçülüklə məşğul olan
hər iki regionun həyatında mühüm hadisə kimi dəyərləndirib, Fransa
ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında müsbət rol
oynadığını qeyd edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, son
illər bu istiqamətdə aparılan işlər öz müsbət nəticəsini verib və
münasibətlərimizdə yeni səhifə açıb.
Yonn vilayəti baş şurasının sədri Andre Vilyenin də bu cür
müqavilələrin mühüm əhəmiyyətini qeyd edib.
Məqalədə senatorlar Andre Vilye və Natali Qulenin ölkəmizə
səfərləri, Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın və
dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində gördükləri işlər
barədə məlumat verilib.
AzərTAc
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək