Dünya
AB etiraf etdi: “Tehranla mövqelərimiz bir-birindən üzaqdır”
İran İslam Respublikasının nüvə proqramı üzrə Tehran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) danışıqlarının növbəti mərhələsi 18 sentyabrda Nyu-Yorkda keçiriləcək.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyinin (AB) xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton bildirib.
Onun sözlərinə görə, Tehran və “altılıq” arasında əhəmiyyətli fikir ayrılıqlarının olmasına baxmayaraq. İranın nüvə proqramı üzrə razılaşma əldə oluna bilər.
“Baxmayaraq ki, mövqelərimiz bir-birindən uzaqdır, amma onları yaxınlaşdırmaq üçün imkanlar mövcuddur”, - K.Eşton deyib.
Xatırladaq ki, tərəflər 24 noyabr 2013-cü il tarixində Cenevrədə birgə iş planı qəbul edib. Plana uyğun olaraq, tərəflər 20 iyul 2014-cü ilə qədər nüvə proqramının dinc xarakterini zəmanət verən sənədin hazırlanması barədə razılığa gəlmişdilər. Razılaşmanın imzalanmasından sonra İran üzərindəki embarqoların ləğvi nəzərdə tutulurdu. Lakin göstərilmiş tarixə qədər razılaşma mümkün olmayıb və müddət 24 noyabr 2014-cü ilə qədər uzadılıb.
Ömər Dağlı
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO