Dünya
Kiyevin Avropa yoluna Moskvadan növbəti daş – Yeni tələblər
Rusiya Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiasiya haqqında razılaşmanın dəyişdirilməsi üçün tələblərini irəli sürüb.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, tələblərin yerinə yetiriləcəyi halda Kiyev və Brüssel arasında yeni danışıqlara ehtiyac olacaq.
Bu danışıqların isə minimum iki il davam edəcəyi bildirilir. Rusiyanın irəli sürdüyü tələblərin analizi göstərir ki, Rusiya Avropa Birliyi ilə Ukrayna arasındakı ticarətin qarşılıqlı şəkildə liberallaşdırılmasına qarşıdır. Yəni, söhbət idxal rüsumlarının ləğvi və yaxud azaldılması siyasətindən imtina etməkdən gedir. Moskva Kiyev və Brüsselə məhsulların 20 faizdən çoxunun azad ticarətdən çıxarılmasını təklif edir.
Qeyd edək ki, ilkin konsultasiyalarda Ukrayna, Avropa Birliyi və Rusiya assosiasiya haqqında razılaşmanın mətninə Moskvanın öz dəyişikliklərini təqdim edəcəyi barədə razılaşıb.
Ekspertlərin qiymətləndirmələrinə görə, Moskvanın əsas məqsədi razılaşmanın Ukrayna Ali Radasında təsdiqinə imkan verməmək, Avropa Birliyini isə yeni və uzunmüddətli danışıqlara başlamağa inandırmaqdır.
Xatırladaq ki, Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişin siyasi hissəsini 21 mart, iqtisadi hissəsini isə 27 iyunda imzalayıb.
Ukrayna baş naziri Arseniy Yasenyuk isə ötən ay bildirmişdi ki, Ukrayna Ali Radasının hazırkı tərkibi Avropa Birliyi ilə imzalanan assosiasiya haqqında razılaşmanı sentyabr ayında təsdiqləməlidir. Baş nazir qeyd edib ki, sentyabrın 12-də Brüsseldə keçiriləcək üçtərəfli konsultasiyaların nəticələri də buna mane olmayacaq.
“Biz yüksək siyasi konsultasiyalarının son raundunu gözləyirik. Amma konsultasiyaların nəticələri assosiasiya haqqında razılaşmanın təsdiqinə heç bir təsir etməyəcək. Razılaşma sentyabr ayında parlamentin indiki tərkibi tərəfindən təsdiqlənməlidir”, - Yasenyuk deyib.
Xatırladaq ki, sentyabrın 12-də Brüsseldə Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyalar keçiriləcək.
Ömər Dağlı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO