Dünya
Putin: “Bizim keçə bilməyəcəyimiz sərhədlər var”
“Ümid edirik ki, nazirlər səviyyəsində hansısa güzəştlərə nail ola biləcəyik və bu, prosesin bütün iştirakçıları üçün münasib olacaq”.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin hökumətin üzvləri ilə müşavirədə Brüsseldə keçiriləcək Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyaları şərh edərkən deyib.
Xatırladaq ki, Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli konsultasiyala sentyabrın 12-də keçiriləcək. Rusiya prezidenti bildirib ki, konsultasiyaların gedişatında Rusiya Nazirlər Kabineti güzəştləri axtarmalı və elastiklik göstərməlidir. Amma Putin bunun müəyyən hüdudlara qədər olacağını deyib.
“Ümid edirik ki, nazirlər səviyyəsində hansısa güzəştlərə nail olacağıq və bu, prosesin bütün iştirakçıları üçün münasib olacaq, həm Avropa Birliyi, həm Ukrayna, həm də Rusiya üçün. Hər halda mən sizdən güzəştləri axtarmağı və müəyyən elastiklik göstərməyi xahiş edəcəyəm. Amma əlbəttə ki, müəyyən hüdudlara, müəyyən sərhədlərə qədər. Həmin sərhədlər ki, istehsalçılarımız və iqtisadiyyatımızın maraqları üçün keçə bilmirik”, - Putin söyləyib.
Qeyd edək ki, Rusiya Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiasiya haqqında razılaşmanın dəyişdirilməsi üçün tələblərini irəli sürüb.
Bu danışıqların isə minimum iki il davam edəcəyi bildirilir. Rusiyanın irəli sürdüyü tələblərin analizi göstərir ki, Rusiya Avropa Birliyi ilə Ukrayna arasındakı ticarətin qarşılıqlı şəkildə liberallaşdırılmasına qarşıdır. Yəni, söhbət idxal rüsumlarının ləğvi və yaxud azaldılması siyasətindən imtina etməkdən gedir. Moskva Kiyev və Brüsselə məhsulların 20 faizdən çoxunun azad ticarətdən çıxarılmasını təklif edir.
Ekspertlərin qiymətləndirmələrinə görə, Moskvanın əsas məqsədi razılaşmanın Ukrayna Ali Radasında təsdiqinə imkan verməmək, Avropa Birliyini isə yeni və uzunmüddətli danışıqlara başlamağa inandırmaqdır.
Ömər Dağlı
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ