Kataloniyada izdihamlı müstəqillik çağırışları
Bizi izləyin

Dünya

Kataloniyada izdihamlı müstəqillik çağırışları

Son iki ildir, müstəqillik istəyi ilə keçirilən aksiyaların artdığı İspaniyanın Kataloniya bölgəsində bu gün növbəti aksiya təşkil olunub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, minlərlə insan küçələrə çıxaraq “müstəqillik” -deyə, qışqırıb.

Kataloniyada müstəqillik tərəfdarı olan tədbirləri təşkil edən Katalonya Milli Assambleyasının (ANC) çağırışı ilə Barcelonanın iki böyük bulvarında “Victoria, votar" (zəfər, səsvermə hüququ) sözlərini bildirən "V" hərfindən insan mozaikası yaradıldı . 500 mindən çox insanın iştirak etdiyi nümayişdə İspaniya dövlətinə “səsvermə hüququndan istifadə etmək istəyirik” yazılı pankartla mesaj göndərilib.

Kataloniya muxtar rəhbərliyinin başçısı Artur Mas mətbuata verdiyi bəyanatlarda 9 noyabrda referendumun keçirilməsi üçün hər şeyin hazır olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm