Dünya
“Türkiyə nüvə dövləti olmalıdır”
“Qardaş Türkiyə dövləti nüvə dövləti olmalıdır. Bu gün Türkiyə dünyada nüfuzlu dövlət olmaq istəyirsə, mütləq nüvə dövlətinə çevrilməlidir.
75 milyonluq bir dövlətin nüvə dövlətinə çevrilməsi, həm də dövlətin təhlükəsizliyinin təminatıdır” bu fikirləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Türkiyənin Qərbdən və qonşu ölkələrin təzyiqindən qurtulmağının yeganə yolu budur: ”Bu gün hansı dövlətin əlində nüvə varsa, Qərb o dövlətlə “hörmətlə” danışır. Onun dövlət maraqlarına zərbə vurmağa ehtiyat edir. Artıq Ukrayana rəsmiləri də nüvə dövləti olmaq haqqında düşünürlər və bu istəklərini dilə gətirirlər. Fikirləşirlər ki, bu vasitə ilə Rusiyanın təzyiqini azalda bilərlər.
Hal-hazırkı vəziyyətdə Qərb istənilən vaxt istədiyi oyunu Türkiyənin başına aça bilər, ondan ikinci bir Liviya və ya Suriya düzəldə bilər. Hal-hazırda Türkiyə öz gücündən böyük görsənməyə çalışır və bunun da əslində ölkəyə çox böyük zərəri dəyir. Türkiyənin İsraillə bağlı son hadisələrinə nəzər yetirək. Türkiyə vətəndaşlarını qətlə yetirdilər, heç nə edə bilmədi. İqtisadi əlaqələri belə kəsməyə gücü çatmadı. Səfiri geri çağırıb, təzədən İsrailə qaytardın”.
Niyaməddin Orduxanlı Türkiyənin nüvə dövləti olmağının mümkünlüyündən də danışıb: ”AKP hakmiyyəti ağıllı siyasət apara bilsə, ölkədaxili müxalifətlə münasibətlərində yumşaltma etsə, yersiz təkəbbür aradan qalxsa, yaranmaqda olan şəxsiyyətə pərəstiş dayandırılsa, ağıllı siyasət nəticəsində Türkiyə günlərin bir günü nüvə dövləti ola bilər. Yəni bu istiqamətdə işlər görür, dinc məqsədlərlə nüvə reaktorları qurur və texnologiyaları əldə etdikdən sonra Azərbaycan, Pakistan və digər türk respublikalarının köməyi ilə Türkiyə bunu edə bilər. Təbii ki, Azərbaycan qardaş Türkiyənin nüvə dövləti olmasında istənilən köməyi edə bilər.”
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ