İsrail təyyarəsi qəzaya uğradı
Bizi izləyin

Dünya

İsrail təyyarəsi qəzaya uğradı

İsrailin pilotsuz təyyarəsi İordan çayının qərb sahilində qəzaya uğrayıb. İsrail ordusunun "Tvitter" hesabından edilən açıqlamada, "sky rider" tipli pilotsuz uçuş aparatının müntəzəm uçuş zamanı qəzaya uğradığı bildirilib.

Publika.az-ın verdiyi xəbərə görə, PUA-nın hissələri düşdüyü yerdən yığılıb. Təyyarənin qəzaya uğrama səbəbi ilə bağlı məlumat verilməyib.

Digər tərəfdən, fələstinli fəalların sosial media hesablarında paylaşdıqları xəbərdə qeyd edilir ki, pilotsuz təyyarə Nablus bölgəsinə düşüb.

Həmçinin o da vurğulanır ki, İsrail pilotsuz təyyarələri tez-tez İordan çayının qərb sahilində qəzaya uğrayır.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm