Dünya
Şahzadə Harri Əfqanıstanda 25 nəfəri öldürdüyünü etiraf etdi
Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harri yanvarın 10-da dərc olunacaq xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri qətlə yetirdiyini və bundan utanmadığını bildirib.
Publika.az xəbər verir ki, şahzadə Harri 10 yanvarda rəflərdə olacaq “Spare” adlı xatirə kitabında 2007-2008 və 2012-2013-cü illərdə xidmət etdiyi Əfqanıstanda 25 nəfəri öldürdüyünü yazıb.
Şahzadə Harri Əfqanıstanda keçirdiyi dövrlə bağlı kitabına daxil etdiyi xatirələrində öldürdüyü şəxsləri “aradan götürülən bədxahlar” adlandırıb.
“Mən həmişə dəqiq deyə bilərdim ki, nə qədər düşmən döyüşçüsü öldürdüm... Deməli, mənim sayım 25-dir”, - Britaniya şahzadəsinin kitabından sitat gətirilir.
Britaniya şahzadəsi on il orduda olub. O, Əfqanıstanda iki müddət xidmət edib.
Aydan
-
İqtisadi gündəm11:30
Azərbaycan nefti ucuzlaşdı
-
ABŞ10:50
Putinin bəyanatının pərdəarxası: Tramp Kremlin istəklərinə qulaq asacaq?
-
Nəqliyyat09:37
Sürücülərə xəbərdarlıq: bayram günlərində...
-
Ekopublika.az08:40
Bayram tətili günlərində bölgələrdəki otel və restoranlarda QİYMƏTLƏR - VİDEO
-
Avto07:15
Bu avtomobil şirkəti 4500 işçisini ixtisar edəcək
-
İdman06:46
"Qan qusdum" - Taysondan səhhətilə bağlı şok etiraf
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...