Sərnişin qatarına hücum: 8 vaqon relsdən çıxdı, 18 nəfər...
Bizi izləyin

Dünya

Sərnişin qatarına hücum: 8 vaqon relsdən çıxdı, 18 nəfər...

Pakistanın Bəlucistan əyalətində relslərə qoyulmuş bombanın partlaması nəticəsində sərnişin qatarı relsdən çıxıb. Hadisə nəticəsində 18 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, Pakistan mediasının məlumatına görə, Maç şəhərindən Pişəvərə gedən sərnişin qatarı Bolan bölgəsində relslərə qoyulmuş uzaqdan idarə olunan bombanın hədəfinə çevrilib.

Hücumda, lokomotiv də daxil olmaqla qatarın 8 vaqonu relsdən çıxıb, 18 nəfər yaralanıb.

Səlahiyyətlilər sərnişinlərin təhlükəsiz təxliyyəsi üçün bölgəyə daha bir qatarın göndərildiyini açıqlayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm