Dünya
Ermənistanda işzilərin sayı ilbəil artır
Dünya ictimaiyyətinin təsəvvüründə Ermanistanı “xoşbəxt ölkə “ kimi qələmə verməyə səy göstərən dövlət rəsmlərinin cəhdlərinə baxmayaraq bu ölkədə yaranan acınacaqlı vəziyyət əsl reallıqları əks etdirir və ölkə rəhbərlərinin yalanlarını bir daha üzə çıxarır.
Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “ Ermənistan xəbərləri “ jurnalı da istər-istəməz Ermənistan iqtisadiyyatının ağır vəziyyətdə olduğunu, korrusiyanın tüğyan etdiyini, işsizlərin sayının durmadan artdığını etiraf etməyə məcbur olub.
Jurnalda Ermənistanda işsizlik probleminə həsr olunmuş məqalədə bildirilir ki, bu ölkənin əmək məşğulluğu xidmətinin rəhbəri Artak Manqasaryan bu sahədə vəziyyətin ciddi narahatlıq doğurduğunu və işsizlərin sayının ildən ilə artığını bəyan edib. 2014-cü ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə işsizlərin sayı 3,7 faiz artaraq 62400 nəfərə çatıb. Onlardan 46600 nəfərini qadınlar, 15800-nü isə kişilər təşkil edib. Əlbəttə, bu rəsmi məlumatdır. Qeyri-rəsmi məlumata görə onların sayı daha çoxdur.
Ermənistanda işsizlər arasında kişilərin azlıq təşkil etməsi təəccüb doğurmamalıdır. Çünki kişilərin əksəriyyəti öz ailəsini dolandırmaq məqsədilə ölkəni tərk edərək Rusiyaya və digər ölkələrə üz tutub. Xarici ölkələrə gedənlərin sayı 900 mini ötüb. Ona görə də, yuxarıdakı rəqəm reallığı düzgün əks etdirmir.
Məqalədə qeyd olunur ki, ölkədə həkimlər, tibbi bacları, mühəndislər, müəllimlər , digər peşə və sənət adamları arasında işsizlik hallarına daha çox rast gəlinir.
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi