Dünya
ABŞ və İngiltərə istəmir - Ərdoğanın onları görüşdürməsini
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağri Erhan bildirib ki, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları Ukrayna münaqişəsinin maksimum uzanmasında maraqlıdır.
Publika.az xəbər verir ki, bu iki ölkənin nümayəndələri Rəcəb Tayyib Ərdoğanın Vladimir Zelenski ilə Vladimir Putin arasında görüş təşkil etmək cəhdlərinə qarşı çıxırlar.
Ç.Erhanın sözlərinə görə, Böyük Britaniya ilə ABŞ Putin və Zelenskinin Ərdoğanla görüşməsini istəmir. Digər məsələlərlə yanaşı, onlar üç ölkə liderinin “bir yerdə şəkil çəkdirməsini” istəmirlər.
“ABŞ və Böyük Britaniya mümkün qədər uzun müddət davam edən hərbi əməliyyatların aparılmasını istəyirlər, onlar ukraynalıların gələcəyini, dünyanın qalan hissəsini düşünmürlər”, - deyə Erhan bildirib.
O, Ərdoğanın Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək üçün bir yol tapa biləcəyini vurğulayıb. Eyni zamanda, konkret nəticələrə nail olmaq son dərəcə vacib olduğunu deyib.
“Bu nailiyyətlərdən biri atəşkəs olacaq. Bundan sonra diplomatik sövdələşmələr yolu ilə güzəştə getmək mümkün olacaq”, - deyə Erhan vurğulayıb.
Aydan
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi