Dünya
Bu ölkədə dövlət çevrilişi cəhdi: Keçmiş prezidentə cinayət işi açıldı
Braziliya Federal Polisi keçmiş prezident Jair Bolsonaronu dövlət çevrilişinə cəhddə ittiham edib. Belə ki, onun barəsində hazırkı prezident Luiz İnasio Lula da Silva hökumətinə qarşı dövlət çevrilişinə cəhd iddiası ilə cinayət işi qaldırılıb.
Publika.az xəbər verir ki, barədə ölkənin yerli mətbuatında məlumat yayılıb.
Bildirilir ki, Federal Polis başda keçmiş prezident olmaqla 37 nəfər barəsində “demokratik hüquqi dövləti zorakılıqla məhv etmək, çevriliş və qeyri-qanuni təşkilatlanma” ittihamı ilə Ali Məhkəməyə şikayət edib.
Təxminən 700 səhifədən ibarət və 2022-ci ilə aid olan cinayət işinə Bolsonaro, bəzi generallar, keçmiş nazirlər və sabiq müşavirlər də daxil olmaqla bir çox yüksək səviyyəli məmurlar daxildir.
Bolsonaro isə öz növbəsində sosial media hesabında ittihamlara münasibət bildirib: “Hakim Aleksander de Moraes bütün təhqiqatı təkbaşına aparır, şikayət etmədən həbs qərarı verir, mümkün dəlilləri tapmaq üçün genişmiqyaslı axtarış aparır”.
O, həmçinin özünü müdafiə etməyə davam edəcəyini də əlavə edib: "Bu ittihamda nə yazıldığını görməliyəm. Vəkilimlə birlikdə nəzərdən keçirəcəyəm”.
Qeyd edək ki, Braziliyada polis noyabrın 19-da prezident Lula da Silvanı öldürməyi və hökuməti devirməyi planlaşdırdıqları səbəbilə 4 əsgər və bir polis əməkdaşını həbs edib.
Roza
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO