Dünya
Hava zərbələri İŞİD-i dayandırdı - VİDEO
Suriyada Kobaniyə bir neçə gündür aramsız hücum edən İŞİD terrorçuları bu gün nisbətən geri çəkilib.
Publika.az xəbər verir ki, bu barədə bölgədə İŞİD-ə qarşı vuruşan kürd döyüşçüləri (YPG) məlumat veriblər.
Onların sözlərinə görə, ötən gün koalisiya qüvvələrinin İŞİD
mövqelərini aramsız aviazərbələrə məruz qoyması işə yarayıb.
Nəticədə, bu gün bölgədə nisbi sakitlik var və İŞİD-in şəhərin
içərisinə doğru irəliləməsi dayandırılıb.
ABŞ: "Hava əməliyyatları davam edəcək"
Kobani ətrafında İŞİD hədəflərinin vurulduğunu təsdiq edən ABŞ-ın
Xarici İşlər Nazirliyi, əməliyyatların davam edəcəyini açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin də yaydığı bəyanatda əsasən ağır
artilleriyanın olduğu yerlərin hədəfə alındığı deyilir. Nazirlik
ötəngünkü əməliyyatların uğurla tamamlandığını bəyan edib.
Əməliyyatlar zamanı Kobanidə 412 nəfərin öldüyü bildirilir.
3 həftədir davam edən Kobani döyüşlərindən qaçan 200 mindən artıq
insan isə Türkiyəyə keçib.
Vüsal Tağı
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...