Dünya
Ülkücü gənc hər kəsə şok yaşatdı – VİDEO
Qanunsuz aksiyada yaxalanan gənc ülkücü başı ilə polis avtomobilinin şüşəsini qırdı.
Publika.az “haberler.com”a istinadən xəbər verir ki, İŞİD-in (İraq Şam İslam Dövləti) Kobanini işğal etdiyi üçün günlərdir ki, Türkiyədəki kürdlər aksiyalar keçirir. Bir çox şəhərlərdə PKK terror təşkilatının tərəfdarı olan kürdlər polisə daş, "Molotov kokteyli" və fişəng atmaqdan da çəkinməyib. Buna cavab olaraq millətci gənclər kürdlərə qarşı aksiya keçirib. Bu aksiyalardan biri də İstanbulda yerləşən Sultanqazi məhəlləsində baş verib. Belə ki, təxminən 400 nəfərlik ülkücü gənclərdən ibarət qrup Sultanqazidəki kürdləri təmsil edən DBP (Demokratik Bölgələr Partiyası) partiyasının rayon qərargahına əllərində zopalarla yürüş etmək istəyən zaman polis müdaxiləsi ilə qarşılaşıblar. Polis aksiyaya qaz bombası və su şırnaqları ilə müdaxilə edib. Səkkiz nəfər yaxalanıb. Saxlanılan gənclərdən biri isə polis avtomobilinin açıq pəncərəsindən “Allahu-əkbər, türkəm, türkəm” deyə qışqırdıqdan sonra başını maşının şüşəsinə vurmağa başlayıb. Avtomobilin pəncərələri zərbə nəticəsində qırılıb.
Vüsal Tağı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi