Dünya
ABŞ Əsəd mövzusunda Türkiyə ilə razılaşdı
ABŞ prezidenti Barak Obamanın xüsusi nümayəndəsi Jon Allenin Ankarada keçirdiyi görüşlərdə əhəmiyyətli qərarlar qəbul edilib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qəbul olunan qərarlar çərçivəsində amerikalı generallar gələn həftənin bazar ertəsi günü Ankaraya gəlir.
Türk və amerikalı generalların İŞİD-in Suriyadakı fəaliyyətinə qarşı ortaq plan hazırlayacağı bildirilir. J.Allenin keçirdiyi görüşlərin nəticəsi olaraq ABŞ-ın Türkiyənin istəyi ilə Suriyada Əsəd rejiminə qarşı mülayim müxalifətin dəstəklənilməsi qərarı qəbul etdiyi xəbər verilir.
Türkiyənin 4 tələbi
ABŞ prezidenti Barak Obamanın İŞİD-lə Qlobal Mübarizə Koalisiyasında xüsusi nümayəndəsi Jon Allen və onun köməkçisi Brett Makgurk dünən Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu və baş nazir Əhməd Davutoğlu ilə görüşüb. Allen həmçinin Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlu ilə də görüşüb. Bu görüşlərdə Türkiyənin 4 tələbinin irəli sürdüyü deyilir.
-Suriya və İraqda terror təşkilatlarının səbəb olduğu təhlükəsizlik problemi əhatəli bir strategiya ilə həll edilməlidir.
-Türkiyədə 1,5 milyondan yuxarı qaçqın var. Uçuşa qadağan və etibarlı bölgənin yaradılması Türkiyə istiqamətdə qaçqın axınının dayandırılması üçün lazımdır.
-Suriya və İraqda təhlükəsizlik problemlərinin təməlində Əsəd rejimi və bu rejimin hələ də hakimiyyətdə olması dayanır.
-Suriyadakı siyasi transformasiya Cenevre Bəyannaməsi çərçivəsində həyata keçirilməlidir.
Əsədlə mübarizədə mülayim müxalifət dəstəklənəcək
Allen və Makgurk İŞİD terror şəbəkəsinə qarşı yaradılan geniştərkibli koalisiyanın gücləndirilməsinin hələ başlanğıc mərhələdə olduğunu və prosesin uzunmüddətli olacağını ifadə ediblər. General Allen və onun köməkçisi həm İŞİD, həm də Əsəd rejimi ilə mübarizə aparan Suriyanın mülayim müxalifətini gücləndirilməsinin Suriya böhranının həlli üçün vacib olduğunun vurğulayıblar.
Ömər Dağlı
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO