Dünya
Bütün dünyaya xəbərdarlıq edildi: Qlobal istiləşmə bitdi, qlobal qaynama başladı
Qlobal qaynama dövrü başlayıb.
Publika.az "CNN Türk" kanalına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı qlobal istiləşmə dövrünün bitdiyini və dünyanın qlobal qaynama dövrünə qədəm qoyduğunu elan edib.
“Qlobal istiləşmə dövrü sona çatıb, qlobal qaynama dövrü başlayıb. Hava dözülməzdir, nəfəs almaq olmur", - Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş iqlim böhranını bu sözlərlə izah edib.
İqlim dəyişikliyinin yaratdığı həddindən artıq istilər dünyada fəlakət ssenarilərinə səbəb olur. İyulun, hazırkı temperaturlara görə son 120 000 ilin ən isti ayı ola biləcəyi açıqlanıb. Nəticələr faciəvidir", - o əlavə edib.
Quterreş dünyanı temperatur artımını məhdudlaşdırmaq və iqlim dəyişikliyinin zərərli nəticələrindən qaçmaq üçün təcili tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, qalıq yanacaq şirkətləri bərpa olunan enerji mənbələrinə keçməlidir. "Əvvəlcə başqalarının hərəkətə keçməsini gözləmək lazım deyil. Bunun üçün artıq vaxt yoxdur. Qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq və həddindən artıq istiləşmədən qaçmaq üçün bir araya gəlmək hələ də mümkündür", - o vurğulayıb.
Mehti Kamiloğlu
-
Sosial01:21
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq8 Oktyabr 21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin18 Oktyabr 21:00
Zümrüd ayda bu qədər QAZANIR