Dünya
22 komandandan İŞİD etirafı

ABŞ və 21 koalisiya ölkəsinin hərbi liderləri İŞİD-ə qarşı mübarizəni müzakirə etmək üçün Vaşinqtonda, Ali Baş Qərargah rəisi general Martin Dempseyin sədrliyi ilə toplanıb. Komandanların fikrincrə, İŞİD-ə qarşı hərbi mübarizə yetərli ola bilməz.
Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, toplantının açılışını ABŞ prezidenti Barak Obama edib. Türkiyəni orada Ali Baş Qərargah hərəkat rəisi general-leytenant Ərdal Öztürk təmsil edib. ABŞ-ın liderlik etdiyi koalisiyanın hərbi liderləri İŞİD-lə mübarizə kampaniyasının təkcə hərbi əməliyyatlarla nəticə əldə etməyəcəklərini bilsələr də, koalisiyanın hərbi gücünün ümumi uğura töhfə verəcəyini düşünürlər.
Problem hərbi mübarizə ilə həll oluna bilməz
ABŞ Müdafiə Nazirliyinin Pentaqon məsul şəxsi qeyd edib ki, hərbi liderlərin İŞİD təhdidinə qarşı hava və quru kampaniyalarının birgə hücumu və lazımi mənbələrin təmin edilməsi kimi məsələlərdə daha ciddi konsensus əldə etmək üçün toplanıblar.
İŞİD sosial şəbəkələrdə çox təsirlidir
Toplantıda olan jurnalistlərin yazdığına görə, tədbirdə aşağıdakı məqamlar vurğulanıb:
“İŞİD təbliğatını yaymaq üçün sosial şəbəkə və məlumat vasitələrindən çox ustalıqla yararlanır. Koalisiya da həqiqətləri çatdırmaq və İŞİD dəhşətlərini olduğu kimi yayımlamaq üçün bu yollardan istifadə etməlidir.
Koalisiyanın hərbi liderlərinin toplantısı bir neçə gün davam etməsi gözlənilir. Dünən axşamkı toplantıya ABŞ prezidenti Barak Obama da qatılıb”.
Vüsal Tağı

-
Region14:20
Radioaktiv çirklənmə mümkündür - MAQATE xəbərdarlıq etdi
-
MDB14:00
Təbriklər, Tramp! - Medvedev bəzi ölkələrin İrana nüvə silahı verəcəklərini açıqladı
-
Yaxın Şərq12:50
İran İsrailə hücumlarda bu raketdən istifadə etdi - İlk dəfə
-
Yaxın Şərq12:45
İsrailə raket zərbələri endirildi: yaralı sayı 86-ya çatdı - Yeniləndi
-
Ekologiya12:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya10:48
İran BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi
-
Ekologiya10:36
Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
-
Region10:24
İrandan nüvə obyektlərinin vurulmasına REAKSİYA