Dünya
Donbasda 150-dən çox ukraynalı hərbçinin cəsədi tapılıb
Sentyabr ayında antiterror əməliyyatları zonasında Ukrayna hərbçilərinin 150-dən çox cəsədi tapılıb.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Xalq yaddaşı ittifaqı” ictimai təşkilatın sədri Yaroslav Jılkin mətbuat konfransında bildirib.
“Bizim humanitar missiyamız 3 sentyabrda başlayib. Bu vaxt ərzində biz 10 yaşayış məntəqəsində olduq və 31 yerdə təxminən 150-155 cəsəd aşkarladıq. Onların arasında bir naməlum qadının cəsədi də var idi. Biz həmçinin yanmış texnika içərisində cəsədlər tapdıq", - deyə Y. Jılkin vurğulayıb.
Onun sözlərinə görə, itkin düşənlər məsələsinin həlli üzrə dövlət konsepsiyası mövcud deyil. Amma ictimai təşkilatın sədri itkin düşənlərin axtarışı üzrə təcribəni dövlətlə bölüşməyə hazır olduğunu deyib.
“Antiterror əməliyyatları zonasında bir neçə yüz cəsəd tapılmayıb. Bir neçə sahədə axtarış üçün imkanlarımız kifayət etmədi. Bunun üçün dövlətin köməyi lazımdır”, - deyə Jılkin qeyd edib.
Ömər Dağlı
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu