Dünya
Ərdoğan: “PYD-yə silah göndərilməsinə icazə verə bilmərik”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriyanın şimalındakı PYD-nin (Demokratik Birlik partiyası) PKK ilə eyni amala qulluq etdiyini və onlara silah göndərilməsinə “hə” deyə bilməyəcəklərini bildirib.
Publika.az “BBC Türkcə”yə istinadən xəbər verir
ki, Ərdoğan dünən Əfqanıstan səfərindən qayıdanda jurnalistlərə
gündəmə dair açıqlamalar verib.
Ərdoğan ABŞ-ın kürdlərə silah verməsini belə şərh edib:
“Son günlər bir söhbət çıxıb. Nədir o? PYD-yə veriləcək silah
dəstəyi ilə İŞİD-ə qarşı burada bir cəbhə yaratmaq. Yaxşı. Amma bu
PYD indi bizim üçün PKK ilə eyni səviyyədədir və o da terror
təşkilatıdır. Bir terror təşkilatına bizə dost olan NATO-da bir
yerdə işlədiyimiz ABŞ-ın dəstəyi qəbuledilməzdir. Biz buna razılıq
verə bilmərik. Belə bir şeyi bizdən gözləməsinlər.Biz buna “hə”
deyə bilmərik”.
Və nəhayət, Bərzani hakimiyyətinə yaxınlığı ilə tanınan “Rudav”
internet saytının yazdığına görə, peşmərgənin yardımlarının
Kobaniyə Türkiyədən çatdırılması tələbinə bu gün rəsmi Ankaradan
müsbət cavab gəlib.
Vüsal Tağı
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO